Aparat Kosmetoligiyası

Soprano ICE – İl boyu lazer epilyasiyasının kompleks həllidir

Soprano ICE – hal-hazırda lazer epilyasiyasının ən dolğun və effektiv həlli hesab olunur. Soprano ICE ilə müxtəlif dəri və saç tipinə malik olan pasiyentlər üçün bütün il boyu epilyasiya mümkündür və bu epilyasiyanın sürətli və rahat olması və ən yüksək nəticə əldə edilməsi təmin edilir.

Soprano ICE sisteminin üstünlükləri:

  • Ağrısız prosedur
  • Bütün dəri tipləri üçün
  • Günəşdə qaralmış dəriyə uyğundur
  • Aleksandrit lazer texnologiyalarının istifadəsi
  • Lazer epilyasiyasının ən təhlükəsiz üsulu kimi təsdiq edilmişdir
  • Səthin bütünlükdə əhatə olunması
  • kliniki təsdiq olunmuş 6 illik effektivlik
  • Bu sistem qaralmış dəri də daxil olmaqla, I-VI –dək bütün növ dərilər üçün FDA tərəfindən tövsiyə edilmişdir.
  • Ağrıkəsici preparatlardan və mazlardan istifadə olunmur
  • Epidermisin kontakt soyudulması
  • İl boyu mükəmməl nəticə
  • Xroniki dəri xəstəliyi olan pasiyentlərdə də proseduraların keçirilməsi mümkündür
  • Əlavə təsirləri yoxdur
  • Bərpa müddətinə ehtiyac olmur

Əks göstərişlər:

  • Onkoloji xəstəliklər
  • Şəkərli diabet
  • Kəskin və xroniki dəri xəstəlikləri
  • Emal olunan dəri üzərində yanıqların və zədələrin olması

Soprano İce və digər texnologiyaların müqayisəsi cədvəli

Böyütmək üçün cədvəlin üzərində tıklayın

diff_az

Videoya baxmaq

SilkPeel – müxtəlif estetik problemlərin həllinə dair tamamilə yeni bir kompleks yanaşmadır və ANİ, AĞRISIZ və HƏRTƏRƏFLİ olması ilə xarakterizə edilir SilkPeel cihazında bir prosedur zamanı unikal ucluqların və zərdabların köməyilə aşağıdakıları yerinə yetirmək mümkündür:

  • Dərinin buynuz qatinin təmizlənməsi
  • Mexaniki-turşu pilinqi
  • Üzün təmizlənməsi üçün spa
  • İynəsiz mezoterapiya
  • Cavanlaşdirici qulluq
  • Üzün cilalanmasi

Effekt ilk prosedurdan sonra özünü göstərir. Davamlı effektə nail olmaq üçün ayda bir dəfə proseduru qəbul etmək lazımdır. Prosedur təkcə üz üçün deyil, həm də əllərin, boynun və dekolte zonasının dərisi üçün nəzərdə tutulur.

Göstərişlər:

  • Yaş sindromu
  • Gənc problemli dəri (civzə, civzə sonrası)
  • Çirklənmiş dəri, geniş məsamələr
  • Hiperpiqmentasiya
  • Dəri relyefinin nahamarlığı
  • Əllərə qulluq (cavanlaşma, problemli dirsəklər)
  • Günəşdə uğursuz yanmadan sonra hazırlıq və ya bərpa

Əks göstərişlər:

  • Gün yanıqları
  • Ağırlaşma mərhələsində olan herpes
  • Qanı və tretinoini duruldan dərman preparatlarının qəbulu
  • Civzənin 3-4-cü ağırlaşma dərəcəsində olan iltihabi forması
  • Dermatoloji xəstəliklər (təsir zonasında)
  • Şəkərli diabet

Videoya baxmaq

3D Lipo – bədən konturlarının korreksiyası

3D Lipo — bədən konturlarının kompleks korreksiykası prosedurlarının keçirilməsi üçün işlənib hazırlanmış unikal vasitədir. 2 saata qədər davam edən bir prosedur üç texnologiyanı özündə birləşdirir:

  1. Kriolipoliz – piy qatının qeyri-invaziv yerli soyudulması. Piy hüceyrələrinin uzun müddət soyudulması nəticəsində onlar zədələnir və məhv olurlar. Bu, piy hüceyrələrinin soyuğa qarşı seçici həssaslığı, yəni ağ piy toxumasının paradoksu ilə əlaqəlidir. Piy hüceyrələrinin məhv olması təbii yolla, apoptoz prosesi vasitəsilə baş verir. Bir nahiyənin soyudulması bir saat ərzində həyata keçirilir. Prosedurdan sonra soyuğun təsiri ilə piyin dağılması tədricən, 2-4 ay ərzində baş verir. İlk nəticələri 2-4 həftə sonra görəcəksiniz.
  2. Soyuq kavitasiya – piy toxumalarına təsir göstərməyin yumşaq üsulu. Soyuq kavitasiya zamanı ultrasəs hüceyrə daxilində piyi «çalır», ancaq membran bütöv qalır. Orqanizmdən piy hüceyrə membranı vasitəsilə xaric olunur ki, bu membran da ötürücülük qabiliyyətinə malikdir. Soyuq kavitasiya özündə iki parametri birləşdirir: yüksək kompressiya gücünə malik mexaniki hərəkət və soyudulmuş termoelektrik başlığından keçən aşağı termal daxilolma.
  3. Siklon RF – 3 texnologiyanı özündə birləşdirir: 1. Multipolyar radiotezlik enerjisi: 2. Mexaniki massaj; 3. Vakuum. Bu texnologiya xüsusi olaraq bədən üçün işlənib hazırlanmışdır: çəkinin azaldılması, bədən konturlarının düzəldilməsi. Hər bir manipula beş iş proqramına malikdir ki, bunlar da müxtəlif prosedurlara hesablanmışdı: dərinin dartılması, piyin çıxarılması, sallanmaların aradan qaldırılması, sıx piylərin təmizlənməsi, limfodrenajın yaxşılaşdırılması.

Burada əməliyyat olunmağa, xoşagəlməz hisslər keçirtməyə və çətinliklərə məruz qalmağa ehtiyac olmur.

Göstərişlər:

  • Sellülit
  • Yerli piy yığılmaları
  • Arıqlama, bədən quruluşunun formaya salınması
  • Arıqlamadan sonra bədən dərisinin dartılması

Əks göstərişlər:

  • Nəzərdə tutulan müalicə nahiyəsində yaraların və ya dermatitin meydana gəlməsi
  • Nəzərdə tutulan müalicə nahiyəsində metallik protezlərin olması
  • Yüksək qan təzyiqi
  • Diabet
  • Qanın laxtalanmasının pozulması
  • Hamiləlik
  • İşemik ürək xəstəliyi

Videoya baxmaq