Estetik Kosmetologiya

Gloss estetik lab Sizə ixtisaslaşmış həkim-kosmetoloq xidmətlərini təklif edir.

Xidmətlərə daxildir:

  • üzün mexaniki təmizlənməsi
  • üz, boyun və dekolte nahiyəsi üçün müxtəlif növ massajlar
  • üzə qulluq proqramları

Üzə qulluq proqramları İsrailin «GIGI Cosmetic Laboratories» şirkətinin istehsalı olan fəal peşəkar kosmetika əsasında tətbiq edilir.

İstənilən dəri tipinə 100% uyğun gəlir

Dərinin elastikliyini artırır, nahamarlıqları azaldaraq, dərini nəmləndirir və canlandırır, liftinq effekti verir. Axşam ziyafətindən və ya sizin üçün əlamətdar olan istənilən tədbirdən bir neçə saat öncə dərinizin dartılması, həmçinin parlaqlıq və təravət qazanması üçün bu proqramdan istifadə edə bilərsiniz.

  1. Kosmetik sabun ilə təmizləmə
  2. Skrablama
  3. Toniklə canlandırılma
  4. Nəmləndirici və qidalandırıcı kremlə canlandırıcı massaj
  5. Nəmləndirici və canlandırıcı maska (əlamətdar tədbirdən öncə tətbiq edilən maska üz cizgilərinin və makiyajın qüsursuzluğunu uzun müddət saxlamağa kömək edəcək)
  6. Krem və zərdabın tətbiq edilməsi

Prosedurun müddəti – 50 dəq

İstənilən dəri tipinə 100% uyğun gəlir

Yetkin dəriyə qulluq Dəriyə hamarlaşdırıcı, qidalandırıcı və liftinq təsiri göstərir.

  1. Mussla təmizləmə
  2. Skrablama
  3. Toniklə canlandırılma
  4. Liftinq və nəmləndirici təsirə malik kremlərin qarışığı ilə üzün, göz qapaqlarının və boynun limfodrenaj massajı.
  5. Regenerasiya edici və qidalandırıcı maska
  6. Nəmləndirici və qoruyucu kremin tətbiq edilməsi

 

Prosedurun müddəti – 50 dəq

Dəriyə hipoallergen qulluq. Dəri qıcıqlanmasını aradan qaldırır, onu nəmləndirir, məsamələri daraldır, antioksidant təsir göstərir, hüceyrə tərkibini yeniləyərək dərinin qoruyucu xüsusiyyətlərini yüksəldir.

 

QURU VƏ NORMAL DƏRI ÜÇÜN

  1. Kosmetik südlə təmizləmə
  2. Skrablama
  3. Toniklə canlandırma
  4. Zərdabla doydurma və cavanlaşdırma
  5. Kremlə yapon massajı
  6. Quru və normal dəri üçün cavanlaşdırıcı və qoruyucu xüsusiyyətləri artıran maska
  7. Quru və normal dəri üçün nəmləndirici krem

Prosedurun müddəti – 50 dəq

 

QARIŞIQ VƏ YAĞLI DƏRI ÜÇÜN

  1. Kosmetik südlə təmizləmə
  2. Skrablama
  3. Toniklə canlandırma
  4. Zərdabla doydurma və cavanlaşdırma
  5. Kremlə yapon massajı
  6. Qarışıq və yağlı dəri üçün cavanlaşdırıcı və qoruyucu xüsusiyyətləri artıran, məsamələri daraldan və piy vəzilərinin fəaliyyətini tənzimləyən maska
  7. Qarışıq və yağlı dəri üçün nəmləndirici krem

Prosedurun müddəti – 50 dəq